Читать онлайн «İtmiş müqavilə»

Автор Дойл Артур Конан

Artur Konan Doyl

İtmiş müqavilə

hekayələr

Mündəricat:

Mazarini almaz qaşı... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

Şoskom malikanəsində faciəli hadisə... ... ... ... ... ... ... . .

Çöhrəsi ağarmış adam... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

İtmiş müqavilə... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

Şerlok Holmsun yeni işi... ... ... ... ... ... ...

... ... ... ... ... ... ...

Şerlok Holmsun qayıdışı... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

Mazarini almaz qaşı

Vatson yenidən saysız-hesabsız gözəl sərgüzəştlərin açılma məntəqəsi olan Beyker-stritdəki evin ikinci mərtəbəsində yerləşən sahmansız otaqda olmasına çox şad idi.

O, divar boyu asılmış cədvəl və sxemlərə, turşularla yan-yana qoyulmuş kimyəvi məmulatlarla dolu olan rəfə, küncə söykənmiş skripka futlyarına, nə vaxtsa içərisində tənbəki və tütün çubuqları olan kömür vedrəsinə nəzər saldıqdan sonra, nəhayət ki, baxışını əsrarəngiz məşhur xəfiyyəni əhatə edən tənhalığı və soyuqluq uçurumu arasında, elə bil, körpü yaratmağa nail olmuş sağlam gülüşlü, bacarıqlı qulluqçu olan Billi adlı bir gəncin üzərində saxladı.

– Burada hər bir şey yenə əvvəlki kimidir. Heç özünüz də dəyişilməmisiniz. Belə ümid edə bilərəm ki, onun haqqında da eyni şeyi söyləmək olar.

Billi bir qədər təşvişlə bağlı yataq otağına baxdı.

– Deyəsən, o yatıb, – dedi.

Çöldə aydın bir yay havası vardı, saat axşam yeddi olardı, amma Billinin belə bir düşüncəsi heç də Vatsonu şübhələndirmədi: o, köhnə dostunun qeyri-adi həyat tərzinə çoxdan öyrənmişdi.

– Bu o deməkdir ki, səhv etmirəmsə iş ona tapşırılmışdı, elə deyilmi?

– Bəli, elədir ki var, cənab. O, indi tamamilə bu işlə yüklənib. Hətta mən onun səhhətinə ziyan gələcəyindən də çox qorxuram. O, çox solğun görünməyə başlayıb, günbəgün arıqlayır və heç nə yemir. Xanım Hadson ondan nə vaxt nahar edəcəyini soruşanda, ”o birisi gün saat səkkizin yarısında” – deyə cavab vermişdi. Siz yaxşı başa düşürsünüz ki, işlə məşğul olarkən o, necə olur.

– Hə, Billi, bilirəm.

– O, kimisə güdməyə başlayıb. Dünən işaxtaran fəhlə cildinə girmişdi. Bu günsə onu özünü əməlli-başlı qarıya bənzətmiş gördüm. Elə bənzəyirdi ki, hətta mən belə onu tanıya bilmədim, ancaq onun bicliklərini bilməyim lazım idi.

Billi gülümsəyərək divana söykənmiş, qırıq-qırıq olmuş qeyri-adi bir çətiri göstərib dedi:

– Bax, bu qoca qarı geyiminin bir əşyasıdır.

– Billi, bəs bu dəfə onun nəzərində hansı iş var?

Sanki söhbət dövət sirrindən gedirmiş kimi, Billi səsini tamamilə yavaşıdaraq söylədi:

– Əlbəttə, cənab, mən sizə söyləcəyəm. Sizdən başqa heç kim bu haqda bilməməlidir. Bu, almazların tacı haqqında olan işdir.

– Siz yüz min funt qiymətində olan bir qaşın oğurlanmasından bəhs edən işi deyirsiniz?

– Bəli, cənab. Onlar həmin qaşı necə olursa-olsun tapmalıdırlar. Baş nazir və daxili işlər naziri burada olmuş, eləcə bu duvanda əyləşmişdilər. Cənab Holms onlara qarşı çox nəzakətlə davranırdı. O, heç də onların yanında özünü çəkmirdi və söz verdi ki, bacarığını əsirgəməyəcək. Bir də lord Kantlmir…

– Eləmi?

– Bəli, cənab, bilirsinizmi bu nə deməkdir? Deyərdim, o, həddindən çox lovğa və təkəbbürlü adamdır. Mən baş nazirlə, həm də daxili işlər naziri ilə iş görməyə hazıram, buna heç bir etirazım yoxdur, çünki onlar alicənab və mədəni adam təsiri bağışlayırlar. Amma lord heç xoşuma gəlmədi, onun lovğa hərəkətlərinə tab gətirə bilmirəm. Cənab Holms da həmçinin. Əsas məsələ ondadır ki, o, cənab Holmsa inanmır və təkidlə işin ona həvalə edilməsinə qarşı gəlir. Mənə elə gəlir ki, o, cənab Holmsun bu işin öhdəsindən gəlməməsinə daha çox sevinər.