ARTUR KONAN DOYL
SON HADİSƏ
hekayələr
YUNAN TƏRCÜMƏÇİ
Şerlok Holmsun uzunmüddətli, davamlı dostluğumuz boyunca nə öz qohumlarından nə də keçmiş həyatından da-nışdığını eşitməmişdim. Bu mövzulardakı səssizliyi, onun məndə oyandırdığı qeyri-insani təəssüratı gücləndirmişdi. Sonunda onu, ürəyi olmayan beyin, ağıl tələb edən mövzu-larda nə qədər müvəffəqiyyətlidirsə, romantikada o qədər axsayan biri olaraq qiymətləndirməyə başladım. Qadınları həddindən artıq soyuq hesab etməsi və yeni dostluqlara həvəs göstərməməsi, duyğusuz şəxsiyyətinin göstəricisi idi. Bundan əlavə öz ailəsindən bəhs etməyi sevmirdi. Buna görə də heç bir qohumu olmayan bir yetim olduğunu düşünməyə başlamışdım. Lakin bir gün böyük qardaşından bəhs etməyə başlayınca təəccübdən ağzım açıq qaldı.
Gözəl yaz axşamında çaylarımızı yeni içmişdik. Mövzu-dan mövzuya keçən söhbətimiz, qolf və dünyanın qütbləri-nin əyri olmasına toxunduqdan sonra irsi şəxsiyyət xüsusiy-yətlərinə gəlib çıxdı. Xüsusi qabiliyyətin insana irsi keçməsi yoxsa daha çox aldığı təhsildən qaynaqlandığı mövzusunu mübahisə edirdik.
– Məsələn, sənin vəziyyətin, – dedim, – mənə izah et-diklərinə baxsaq, müşahidə etmə qabiliyyətinin və düşüncə qabiliyyətindəki fövqəladə bacarıqlarının, öz sistematik zəh-mətinin bir nəticəsi olduğu açıq-aydın hiss olunur.
– Bir həddə qədər elədir, – deyə düşüncəli halda cavab verdi. Atalarım öz nəsillərinə xas bir həyat sürən kənd ada-mı idi. Lakin bu bir gerçəkdir ki, qabiliyyət qanımda var. Nənəmə çəkmiş ola bilərəm; çünki o, Vemetin, Fransız sə-nətkarının bacısı idi. Sənətçi damarının hansı qəribə şəkil-lərə girə biləcəyini əsla bilə bilməzsən.
– Bəs irsi olduğunu haradan bilirsən?
– Çünki böyük qardaşım Maykroft, bu mövzularda məndən qabiliyyətlidir.
Bu mənim üçün doğrudan da yeni xəbər idi. İngiltərədə belə qabiliyyətli başqa adam da yaşayırsa, necə olur ki, nə polis, nə də digər insanlar onun haqqında heç nə bilmir-dilər? Bunu soruşarkən, qardaşının özündən daha müvəffə-qiyyətli olduğunu söyləməsinin, əlbəttə dostumun təvazö-karlığından qaynaqlandığını eyham etməkdən özümü sax-laya bilmədim. O, fikrimə səmimiliklə güldü.
– Əzizim Vatson, – dedi, – təvazönü əsilzadəlik hesab edənlərlə razılaşmıram. Məntiqli adam üçün, hər şey tam olaraq necə isə elə görünməlidir. Özünü kiçik görmək də, qabiliyyətlərini şişirtmək də gerçəklərdən qaçmaqdır. Onun üçün Maykroftun məndən daha yaxşı müşahidə qabiliyyəti-nin olduğunu dediyimdə, ciddi bir gerçəkdən danışdığımı başa düşməlisən.
– Səndən neçə yaş böyükdür?
– Yeddi yaş.
– O halda tanınmamasının səbəbi nədir?
– O, öz çevrəsində çox tanınan adamdır.
– Hansı çevrəsi?
– Məsələn, Diogen Klubunda.
Bəhs etdiyi təşkilat haqqında əvvəl heç nə eşitməmişdim və Şerlok Holms da bunu üzümdən oxudu və saatını çıxar-dı.
– Diogen Klubu, Londonun ən qəribə klublarından biri-dir; Maykroftun da çox qəribə insan olduğu aydındır. Heç gecikmədən, hər gün saat 4:45 ilə 7:40 arasında orada olur. indi saat altıdır, bu ecazkar yaz axşamında bir gəzintiyə çıx-maq istəsən, səni bu iki qəribə varlıqla tanış etməkdən xoş-bəxtlik hiss edərəm.