Читать онлайн «Subay zadəgan»

Автор Дойл Артур Конан

Artur Konan Doyl

SUBAY ZADƏGAN

hekayələr

MÜNDƏRİCAT

Mühəndisin baş barmağı... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

Subay zadəgan... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... .

Visteria qəsri... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

... ... ... ... ... ... ... . .

Qırmızı çevrə... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... .

MÜHƏNDİSİN

BAŞ BARMAĞI

Yoldaşlığımız boyunca həll etməsi üçün dostum Şerlok Holmsa yönəldilən o qədər problemin arasında, mənim tərəfindən ona təqdim edilən yalnız iki hadisə oldu – birincisi cənab Haserleyin baş barmağı ilə bağlı olan, o biri də Polkovnik Varburtonun dəliliyilə bağlı olan. İkinci hadisə diqqətli və xüsusi qabiliyyətlərə sahib bir araşdırmaçı üçün daha maraqlı ola bilər, amma digəri, əvvəldən qəribə, detallarıyla elə dramatik idi ki xüsusilə bu hadisənin qələmə alınmasının daha mənalı olacağını düşünürəm. Hərçənd bu hadisədə, dostum o inanılmaz nəticəyə çatmasını təmin edən özünəxas üsullarını istifadə etməsinə çox gərək duymadı. Hekayə, bildiyim qədəriylə, qəzetlərdə də yayılmışdı, amma eynilə şərhlərdə olduğu kimi, yarım sütunda verilən bir xəbərin təsiri çox az olur; hələ hadisələrin tək-tək gözünüzün qarşısında inkişafını, sirrin pillə-pillə həllini görməklə müqayisə edəcək olsaq, hər şey aydın olar. Yaşandığı zaman, içində olduğumuz vəziyyət mənə çox təsir etmişdi və aradan iki il keçməsinə baxmayaraq bu təsirin azaldığını deyə bilmərəm.

İndi danışacağım hadisə, 89-cu ilin yazında, evləndikdən dərhal sonra baş verdi. Həkimliyə geri dönüb, Beyker küçəsindəki mənzildən ayrılmışdım. Amma tez-tez gedib gəlir və bohem vərdişlərindən imtina edib heç olmasa bizi ziyarətə gəlməsi üçün arada bir Holmsı təşviq etməyə çalışırdım. İşim durmadan artırdı. Paddinqton stansiyasına çox yaxın olduğum üçün, fəhlələr arasından da xəstələr gəlməyə başlamışdı. İztirab dolu, xronik bir xəstəliyin pəncəsindən qurtardığım xəstələrimdən biri, hər fürsətdə qabiliyyətlərimi tərifləyir və təsir edə bildiyi hər xəstəni mənə göndərirdi. Bir səhər, saat yeddi olmamış, Paddinqtondan iki adamın gəldiyini və gözləmə otağında məni gözlədiklərini söyləyən xidmətçimiz tərəfindən oyandırıldım. Dəmir yolunda baş verən qəzalarının vacibliyini bildiyim üçün tez geyindim və aşağıya qaçdım. Aşağıya enərkən, köhnə tanışım olan gözətçi, otaqdan çıxıb qapını arxasından möhkəmcə bağladı. Çiyninin üzərindən qapını işarə edərək pıçıldadı:

– Onu gətirmişəm. Amma narahat olma, vəziyyəti yaxşıdır.

– Yaxşı, nə olub? – deyə soruşdum, çünki otağıma qəribə bir varlığı sıxışdırmış kimi davranırdı.

– Yeni xəstədir, – deyə pıçıldadı. Ən yaxşısı onu özüm gətirim dedim, beləcə qaçmağa fürsəti olmazdı. Artıq sağ-salamat buradadır. Nəysə, indi getməliyəm həkim, bilirsən mənim də sənin kimi bəzi vəzifələrim var, – dedi göz vuraraq.

Sonra dərhal getdi… Təşəkkür belə edə bilməmişdim.

Qəbul otağıma daxil oldum. Masada, sadə geyimli bir cənab əyləşmişdi. Əlinə hər tərəfi qan ləkələri ilə dolu bir dəsmal sarımışdı. Gənc idi – yaşı iyirmi beşdən çox ola bilməzdi – və güclü, kişiyə xas üz xətləri vardı; amma inanılmaz solğun görünürdü və çətinliklə idarə etdiyi bir qorxu içindəymiş kimi davranırdı.