Читать онлайн «Hekayələr»

Автор Лондон Джек

C E K L O N D O N

HEKAYƏLƏR

Cek London (Con Qriffit Çeyni)

1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Onun heç bir yaşı tamam olmamış anası, Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsi-nə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.

Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaş-malı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğun-dan buranı tərk etməli olur. Qadağan olunmasına baxmaya-raq, San-Fransisko limanında dəniz iblizləri ovu ilə də məş-ğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizi-nə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəssüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.

London yaradıcılığa “Yaponiya sahillərində tayfun” adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandı-rır. Bir az sonra qələmə aldığı “Qurd oğlu” (Boston, 1900), “Əcdadların Harayı” (Çikaqo, 1901) “Şaxtanın övladları” (Nyu-York, 1902), “İnsana inam” (Nyu-York, 1904), “Ayüzlü” (Nyu-York, 1906), “İtirilmiş sima” (Nyu-York, 1910) hekayə-lərdən ibarət topluları və “Qarlar qızı” (1902), “Dəniz cana-varı” (1904), “Martin İden” romanları yazıçıya böyük şöhrət gətirir.

Cek London 1916-ci il noyabr ayının 22-də Kaliforniya-nın Qlen-Ellen şəhərciyində vəfat edir.

Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çə-kir və ölümünə səbəb olaraq da, onun həddindən artıq miq-darda ağrıkəsici qəbul etməsi göstərilir.

Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkil-mişdir.

QURD OĞLU

Kişi ona yaxın qadınları qiymətləndirməyi çox nadir hallarda bacarır – ən azından, onları tamamilə iti-rənə qədər. Qadından aldığı istilik bu müddətdə onun şüuruna qətiyyən çatmır, lakin qadın onu tərk edən zaman kişinin həyatında getdikcə böyüyən bir boşluq yaranır və onun bütün varlığına qeyri-müəyyən, özünün də anlamadığı, sözlərlə izah edə bilmədiyi bir aclıq hakim kəsilir.

Əgər dost-tanışları da həyat təcrübəsində ondan irəli gedə bilməyiblərsə, şübhə ilə başlarını bulayacaq, ciddi müalicə məsləhət görəcəklər.

Mənəvi aclıq isə hey artmağa davam edəcək, kişi gün-dəlik həyati şeylərə qarşı marağını itirəcək və tədricən daha əsəbi və qaşqabaqlı olacaq.

Lakin, nəhayət, gözəl günlərin birində daxilindəki bu əzablı boşluq artıq dözülməz dərəcəyə çatanda, o, nə istədiyi-ni anlamağa başlayar.

Belə bir iş Yukonda yaşayan bir adamın başına yay vaxtı gələrsə, o, qayığını səfərə hazırlayar, yox əgər qış vaxtı olar-sa itlərini kirşəyə qoşaraq cənuba tərəf istiqamət götürər.

Əgər o, şimalın vurğunudursa, bir neçə aydan sonra bü-tün əzab və əziyyətləri bu soyuq diyara qarşı olan məhəbbə-ti onunla yarıbayarı bölməyə razı olan arvadı ilə qayıdıb gə-lər. Bu da əsl kişi eqoizminə əyani bir sübutdur! Burda istər-istəməz o qədim zamanlarda – hələ Klondayka qızıl axtaran-lar və çeçokalar gəlməmişdən, buraların ancaq əla balıq ovu yeri kimi tanındığı vaxtda Biryuki Makkenzinin başına gələn macəranı yada salmalı olursan.