Seyid Əzim Şirvani
UŞAQLARIN BAHARI
Seyid Əzim Seyid Məhəmməd oğlu Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda anadan olmuşdur. 7 yaşından anası Səkinə xanımın himayəsində qalmışdır. Dağıstanın Yaqsay kəndində yaşayan ana babası Molla Hüseyn onu yanına aparmış və şair yeniyetməlik dövrünü babasının himayəsində keçirmişdir.
İbtidai təhsilini orada alan Şirvani bir neçə Dağıstan ləhcəsi də öyrənmişdir. Babasının təsiri ilə dini elmlərə maraq göstərən şair 1853-cü ildə Şamaxıya qayıtmışdır. Biliyini artırmaq üçün bir müddət Bağdadda və Şamda da yaşamışdır.
1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir
O, 1857-ci ildə yenidən Məkkə, Mədinə, Misir və Suriyaya səyahət etmişdir. 50-ci illərin sonunda vətənə qayıdan Seyid ruhani olmaq fikrindən əl çəkib məktəbdarlıqla məşğul olur.
“Əkinçi” qəzetinin nəşrini sevinclə qarşılayan şair şeirlərinin bir qismini bu qəzetdə çap etdirmişdir. “Əkinçi” bağlandıqdan sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə” qəzetləri ilə əməkdaşlıq etmişdir.
1877-ci ildə Seyid Əzim Şamaxı məktəbinə Azərbaycan dili və şəriət müəllimi düzəlmiş, qısa fasilə ilə ömrünün sonuna qədər orada işləmişdir.
1879-cu ildə “siyasi cəhətdən şübhəli müəllim” kimi ittiham edilərək işdən çıxarılmış, Tiflisə şikayət etdikdən sonra yenidən öz vəzifəsinə qaytarılır.
Tiflisə gedərkən Nizaminin qəbrini ziyarət edir. Qəbrin pis vəziyyətdə olduğuna təəssüflənərək yazmışdır:
1878-ci ildə Şamaxı ruhani məktəbində işləyərkən “Rəbiül-ətfal” (“
1887-ci ildə maarif sahəsindəki xidmətlərinə görə “Za userdiye” medalı ilə təltif olunmuşdur.
Maddi ehtiyac içində yaşayan şair bu medalı almaq üçün 7 manat 50 qəpiyi tapa bilmədiyindən yalnız ölümünə 10 gün qalmış 1888-ci ilin may ayında almışdır.Şirvani 1888-ci mayın 20-də isə vəfat etmiş, öz vəsiyyətinə görə Şamaxının Şaxəndan qəbiristanlığında dəfn olunmuşdur.
Uşaqların baharı
Bir genişürəkli, təmkinli vəzir vardı. O, fal və nücum elmində çox bilici idi. Vəzir bir gün şahın hüzuruna gəlib söylədi:
– Ey hökmü aya, günəşə çatan! Mən nücum ilə tapmışam ki, üç gün üç gecə yağış yağacaq. O yağışın suyu sulara qarışacaq. Hər kim o sudan içsə, axmaq və səfeh adama çevriləcək. Nə qədər ki, həmin yağış yağıb sulara qarışmayıb, sular hələ təmizdir, ondan bir neçə küp götürüb saxlayaq. Xalq o sudan içib dəli-divanə olanda biz xalq içində ağıllı qalaq.