Читать онлайн «Əbuəlisina»

Автор Nasıri Kayum

KAYUM NASIRİ

ƏBUƏLİSİNA

Bilik ardınca uzaq yerlərə

Ən qədim zamanlarda Buxaranın yaxınlığındakı

Şeceq kəndində bir ər-arvad yaşayırdı. Onlar çox meh-riban dolanırdılar, bir-birlərindən razı idilər.

Günlərin bir günündə bu gözəl ailədə iki əkiz oğlan uşağı doğuldu. Valideynlərin sevinci yerə-göyə sığmırdı. Oğlanların birinin adını Əbuəlisina, o birinin adını isə Əbuharis qoydular.

Ay ötdü, il dolandı, uşaqlar böyüdülər. Onların dörd yaşı tamam oldu. Uşaqların məktəbə getmək vaxtı çatdı (ən qədim vaxtlarda Şərq ölkələrində uşaqlar dərs oxuma-ğa indikindən daha tez başlayırdılar).

– Qoy oxusunlar, bilik alıb adam olsunlar, – deyə vali-deynləri oğlanlarını məktəbə göndərdilər.

Əbuəlisina qeyri-adi bir istedada malik idi. Əbuharis isə Əbuəlisinanın doğma qardaşı olsa da, ağıllılıqda və fə-rasətdə qardaşından geri qalırdı.

Əbuəlisina çox yaxşı oxuyur, müəllimin söylədiklərini tez qavrayır, eşitdiklərini həmişəlik yadda saxlayırdı. Mü-əllimdən aldığı bilik Əbuəlisinanı qane etmirdi. O, hələ uşaq yaşlarından çoxlu kitab oxuyardı. Odur ki, qısa bir müddətdə o bir neçə elm öyrənib, xalq arasında deyildiyi kimi, “Bir tükü uzununa qırx yerə bölə bilirmiş”.

Onun fərasəti və incə həssaslığı haqqında çoxlu ma-raqlı əhvalatlar söyləyirlər. Onlardan biri budur. O zaman-lar məktəblərdə hələ skamya yox idi. Şagirdlər döşəməyə salınmış keçə üzərində diz üstə oturardılar.

Bir dəfə Əbu-əlisinanın yoldaşları onunla zarafat etmək istədilər. Onlar əlverişli vaxt tapıb gənc oğlanın oturduğu keçənin altına bir vərəq kağız qoyub, nə baş verəcəyini maraqla gözlə-məyə başladılar.

Heç bir şeydən şübhələnməyən Əbuəlisina sinfə gəlib öz yerində oturdu. O, birdən gah döşəməyə nəzər saldı, gah da tavana baxmağa başladı. Ondan soruşdular:

– Sənə nə olub? Orda nə görmüsən?

– Özüm də bilmirəm, elə bil ya məktəbin tavanı aşağı enib, ya da ki, döşəmə yuxarı qalxıb, nə isə hər halda bir şey olub, – deyə cavab verdi.

Əfsanəyə görə gənc oğlan, hətta keçənin altına qoyul-muş bir vərəq kağızı da hiss edibmiş.

On iki yaşlarında ikən Əbuəlisina hərtərəfli inkişaf etmiş şəxslərdən biri oldu və müxtəlif fənlərdən mühazi-rələr oxuyurdu. Özündən yaşca böyük uşaqlar Əbuəlisina-nın yanına gəlib ondan dərs alırdılar.

Günortayadək o, uşaqlara dərs verir, sonra isə şagird-ləri ilə birlikdə oynamağa gedirdi. Əbuəlisinanın bu xasiy-yəti bəzi adamlara xoş gəlmirdi. Onlar deyirdilər:

–Sən həm biliklisən, həm də ağıllısan, uşaqlara ağıl-kamal və müxtəlif elmlər öyrədirsən, eyni zamanda da on-lara qoşulub həyətdə oynayırsan.

Əbuəlisina bu töhmətə sakitcə cavab verib deyirdi:

–İnsanın həyatında hər dövrün öz gözəlliyi vardır: uşaqlıq dövrünün xüsusiyyəti isə oynamaqdır.

Bir neçə il keçdi. Əbuəlisina böyük alim oldu. Buxara-da və onun ətrafında elə bir adam yox idi ki, bilikdə onunla mübahisəyə girişə bilsin. Lakin onun özü öz biliyi ilə kifa-yətlənmirdi, o daha dərin biliklərə yiyələnməyə can atırdı. Bir dəfə qardaşı Əbuharislə birlikdə qərara alırlar ki, bilik-lərə yiyələnmək üçün uzaq səyahətə çıxsınlar. Onlar vali-deynlərinin ayağına düşüb onlardan xeyir-dua istəyərək deyirlər: