Читать онлайн «Hekayələr və Təmsillər»

Автор bəy Qasım

Qasım bəy Zakir

TƏMSİLLƏR,

HEKAYƏLƏR

uşaqlar üçün

DƏVƏSİ İTƏN KƏS

Günlərin bir günü qoca bir kişinin dəvəsi itir. O, kədər-li, qəmli gəzməkdənsə, günlərini şad və sevincli keçirirdi. Dəvəsinin itməsinə baxmayaraq, onun xoşbəxtliyi hər kəsi tə-əccübləndirirdi. Özünü ağıllı hesab edən bir adam dəvəsi itmiş kişiylə rastlaşır. Ondan itmiş dəvə üçün kədərlənmək əvəzinə, nəyə görə fərəhli olduğunu soruşur və onu bu hərəkətinə görə cahil adlandırır.

Kişi bu sözün qarşılığında deyir: – Mən nə dəliyəm, nə də arsız, sadəcə olaraq, Allaha ümidim var. Əgər dəvəmi tap-sam, çox xoşbəxt olaram. Amma dəvəm tapılmasa, bu mənim üçün ən böyük faciədir.

Kişini dinlədikdən sonra özünü ağıllı hesab edən adam: "Sənin nə qədər sərsəri, lazımsız adam olduğunu başa düş-düm", – deyib ondan uzaqlaşmaq istəyəndə dəvəsi itmiş kişi ona deyir:

– Ağıllı insanın ürəyinə şeytan yol tapmamalıdır. Qəmi olan nə özünü pərişan edib, düşməni şad etməli, nə də sevincli olub başqalarının rişxənd dolu sözlərini eşitməlidir. Bütün gün çöldə, dərə-təpədə itirdiyi mülkü axtarmaq quldurların işidir. Evdə oturub malını itirdiyinə görə ağlamaqsa, qadınlara məx-sus bir xüsusiyyətdir.

Bir az danışdıqdan sonra dəvəsi itmiş şəxs özünü ağıllı hesab edən şəxsə yenidən üzünü tutaraq deyir: – "Məgər şair-lərimizin daha əvvəldən bu məzmunda yazdıqları şeiri oxu-ma-mısanmı? Dünyanın əzab-əziyyətindən, rahatlığından nə qəm-ginləşmək, nə də şad olmaq lazımdır. Çünki bu, dünya-nın adətidir: bir günün xoş, bir günün isə naxoş keçər".

TESTLƏR

1. Dəvəsi itmiş kişinin fikrincə şeytan hansı insanın ürəyinə yol tapmamalıdır?

A) Savadlı

B) Dəliqanlı

C) Ağıllı

2. Özünü ağıllı hesab edən adam dəvəsi itmiş kişini nə üçün cahil adlandırır?

A) İtmiş dəvə üçün kədərlənmək əvəzinə fərəhli olduğuna görə

B) Dəvəsini axtarmadığına görə

C) Allaha inanmadığına görə

3. Dəvəsini itirmiş kişinin fikrincə evdə oturub malını itirdiyinə görə ağlamaq kimə məxsus xüsusiyyətdir?

A) Tacirlərə

B) Qadınlara

C) Tənbəllərə

4. Dəvəsini itirmiş kişinin ümidi kimə idi?

A) İnsana

B) Ağıllı kişiyə

C) Allaha

5. Bütün günü çöldə, dərə-təpədə gəzərək, itirdiyi mülkü axtarmaq dəvəsi itmiş kişinin fikrincə kimlərin işidir?

A) Quldurların

B) Varlıların

C) Kasıbların

SUALLAR

1. Sənin fikrincə dəvəsini itirmiş kişi dəvəsini axtarmamaqda haqlı idimi?

_____________________________________________________

_____________________________________________________

2. Özünü ağıllı hesab edən şəxs dəvəsini itirmiş kişini cahil adlandırmaqda haqlı idimi?

_____________________________________________________

_____________________________________________________

3. Sənə görə şeytan hansı insanların qəlbinə yol tapır?

_____________________________________________________

_____________________________________________________

Şirin bala, nağılda ən çox bəyəndiyin qəhrəmanın rəsmini dördbucaqlının daxilinə çək.

Nağıl ağacının budaqlarına öz fikirlərini yaz.

Bəyəndiyin obraz:

Mənfi obraz:

Nağılda xoşuna gələn cümlə:

Halına acıdığın obraz:

Nağılın ideyası:

Hadisələrin baş verdiyi məkan:

Müsbət obraz:

Əsərin janrı:

Nağılın mövzusu: