SEYİD ƏZİM ŞİRVANİ
Aləmdə səsim var mənim
SEÇİLMİŞ
ƏSƏRLƏRİ
Kitab Klubu – 2015
1
Seyid Əzim Şirvani.
Aləmdə səsim var mənim. /Seçilmiş əsərləri/
Kitab Klubu, 2015, 472 səh.
Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə
qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca – iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir.
Kitabımıza Seyid Əzim Şirvani yaradıcılığının bir hissəsini daxil etmişik: qəzəllər, rübailər, qoşabeytlər, təkbeytlər, qitələr, tərkibbəndlər, müxəmməslər, müsəddəs, müstəzadlar, satiralar, müxtəlif şeirlər.
Şairin əsərlərində doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.
ISBN 978-9952-8276-9-9
© “Kitab Klubu”, 2015
Kitabı bu nömrələrə zəng etməklə əldə edə bilərsiniz
Zəka Kitab Evi (012) 5990154, (050) 5190454
2
QƏZƏLLƏR
* * *
Ol ahu gözlü, deyirlər, bu gün şikarə gedib, Alıbdı səbrü qərarimi aşikarə, gedib.
Gedib şikarə bu gün ol qəzali-mişkinmu, Aparmayıb itini bilmirəm nə karə gedib.
Gəlir mənə bu qəmin hər dəqiqəsi bir ay, Bu gün o mah ki, bu şəhrdən kənarə gedib.
O şəh fərağı mənə rüx veribdi mat oldum, Vəziri-əql düşüb dərdə, ol səvarə gedib.
Bu gün mənim gözümə afitab tar gəlir,
O zülfi qarə günümü edibdi qarə, gedib.
Gedib o qaşı kaman qeyrilə şikarə bu gün, Xədəngi-hicri vurub xatirimə yarə, gedib.
Olubdu qaib o mahın behişt rüxsarı,
Salıbdı Seyyidini aşikarə narə, gedib.
3
* * *
Oldu sünbüllər xəcil zülfı-pərişanın görüb, Qönçələr qan oldular ləli-dürəfşanın görüb.
Yusifə zindan təmənna oldu mehrindən sənin, Aləmi-zərratdə çahi-zənəxdanın görüb.
Bağban hər gündə bir sərvin qopardır bağdən, Ta kim, ey ruhi-rəvan, sərvi-xuramanın görüb.
Guylər tək əşki-gülgunum olur hər yan rəvan, Əldə çövkan, ərsədə Rəxş üzrə cövlanın görüb.
Qoy ölüm, axır nəfəsdir, gəlmə nəşim üstə, ta Qeyrlər mərg etməsin xahiş, bu ehsanın görüb.
Zəxminə mərhəm təsəvvür etdi tiri-Rüstəmi, Əşkəbus, ey qaşı yay, sinəmdə peykanın görüb.
Qönçə tək yüz pirəhən çak etdi, ey gül, rəşkdən Seyyidi-xunincigər çaki-giribanın görüb.
4
* * *
Nə qədər gər ola bu çərxi-cəfacudə bəla, Olmaz ol qədr ki, var ol büti-bədxudə bəla.
Nə bəlalər gətirir başıma çeşmin, ya rəb, Nə qədər var imiş ol nərgisi-cadudə bəla.
Xətü xalü səri-zülfändən olub qan könlüm, Kim görübdür bu qədər ləşkəri-hindudə bəla.
Mərdümi-didələrim rəncədi əşk içrə müdam, Rəsmdir, kim ki qəriq olsa çəkər sudə bəla.
Ey könül, zülf ilə əbrusuna meyl etmə ki, var Çini-zülfündə xəta, ol xəmi-əbrudə bəla.
Tapacaqdır məni hər yerdə kim, olsam guya, Olmasam mən, qalacaqdır qəmü qayqudə bəla.
Görməmək yarı bəla, görməgi qeyr ilə bəla, Seyyida, düş, yıxıl öl, o da bəla, bu da bəla!
5
* * *
Çeşmində qəzəb yoxsa dili-zarım üçündür?
Qəhri o təbibin dili-bimarım üçündür?
Şadəm ki, salır qeyr məni yaduva hərdəm, Hərçənd ki, yad etməgi azarım üçündür.
Rüsvalığım oldu səbəbi-şöhrəti-dildar,