OTTO VAYNİNGER
CİNS VƏ
XARAKTER
MÜNDƏRİCAT
BİRİNCİ HİSSƏ
CİNSİ RƏNGARƏNGLİK
GİRİŞ…. 6
I FƏSİL. “KİŞİLƏR” VƏ “QADINLAR” 11
II FƏSİL. ARRHENOPLASMA və THELYPLASMA 18
III FƏSİL. CİNSİ CAZİBƏ QANUNLARI 37
IV FƏSİL. HOMOSEKSUALİZM VƏ UŞAQBAZLIQ 59
V FƏSİL. XARAKTEROLOGİYA VƏ MORFOLOGİYA 69
VI FƏSİL. AZAD QADINLAR 86
İKİNCİ HİSSƏ
CİNSİYYƏT TİPLƏRİ
I FƏSİL. KİŞİ VƏ QADIN………………………………………………... ... 103
II FƏSİL. KİŞİ VƏ QADIN SEKSUALLIĞI 112
III FƏSİL. KİŞİ VƏ QADIN ŞÜURU 124
IV FƏSİL. İSTEDAD VƏ DAHİLİK 140
V FƏSİL. İSTEDAD VƏ YADDAŞ 157
VI FƏSİL. YADDAŞ, MƏNTİQ, ETİKA 197
VII FƏSİL. MƏNTİQ, ETİKA, MƏN 213
VIII FƏSİL. “MƏN” PROBLEMİ VƏ DAHİLİK 230
IX FƏSİL. KİŞİ VƏ QADIN PSİXOLOGİYASI 260
X FƏSİL. ANALIQ VƏ FAHİŞƏLİK 308
XI FƏSİL.
EROTİKA VƏ ESTETİKA 349XII FƏSİL. QADININ MAHİYYƏTİ VƏ
ONUN KAİNATDAKI ANLAMI 378
XIII FƏSİL. YƏHUDİLİK 452
XIV FƏSİL. QADIN VƏ BƏŞƏRİYYƏT 503
B İ R İ N C İ H İ S S Ə
CİNSİ RƏNGARƏNGLİK
GİRİŞ
Hər cür düşüncə orta ümumilikdə anlayışlardan yola çıxaraq iki istiqamət üzrə inkişaf edir. Düşüncə bir tərəf-dən daha çox şeyləri öz içinə alan və bunun sayəsində get-gedə daha geniş fəaliyyət sahəsi tutan daha ali mücər-rədlikdə anlayışlara can atır, digər tərəfdən isə o anlayış-ların kəsildiyi nöqtəyə – konkret vahid kompleksə, fərdə yönəlir. Bu elə bir nöqtədir ki, ona biz düşüncə sferamız-da yalnız sonsuz sayda məhdudlaşdırıcı təriflər yolu ilə, daha yüksək, daha ümumi “şeylərə”, yaxud hansısa son-suz sayda spesifik fərqli anlara qovuşmaq yolu ilə çata bi-lərik.
Məməlilərdən, quşlardan, soxulcanlardan fərqlənən balıqlar sinfinin mövcudluğu faktı balıqların qığırdaqlı və sümüklü olması faktından daha əvvəl hamıya məlum idi. Digər tərəfdən bütün balıqları quşlar və məməlilərlə onur-ğalılar anlayışı ilə birləşdirmək və soxulcanları bu yolla alınmış daha mürəkkəb vahid hadisələr kompleksi ilə qar-şılaşdırmaq fikrinə isə çox sonralar gəlinmişdir.
İnsanlar ruhun gerçəklik sferasındakı sonsuz oxşarlıq və fərqliliklərlə gözə çarpan bu özünütəsdiqini heyvanlar aləmindəki yaşayış uğrunda mübarizə ilə müqayisə edir-dilər. Anlayışların köməyi ilə biz özümüzü dünyadan qo-ruyuruq.
Zorla özündən çıxarılmış adamı içində olduğu o məh-dud sfera üçün zərəsizləşdirməkdən ötrü tutub əl-ayağını bağladığımız kimi onlarla da (anlayışlarla) biz yavaş-yavaş və tədricən bütün dünyanı sarırıq. Bunu edib əsas təhlükə-ni sovuşdurduqdan sonra biz ayrı-ayrı əzablara girişirik və o zaman bütün işi tamamlamış oluruq.
Ən qədimlərə aid iki anlayış var ki, insanlıq öz mənə-vi həyatının lap başlanğıcından onlarla qarşılaşmalı ol-muşdur. Doğrudur tez-tez onlara əhəmiyyətsiz düzəlişlər edilmiş, onlar təmirə göndərilmiş, lakin tam yaxud qis-mən təmir edilməli olduğu halda yalnız yamaq vurulmuş, onlardan nə isə çıxarılıb atılmış və yenidən əlavə edilmiş-dir. Beləcə insanlar onların məzmununu gah məhdudlaş-dırmış, gah da yenidən genişləndirmişlər. Misal üçün dar seçki qanunu yeni ehtiyacların təzyiqi ilə buxovlarını bir-birinin ardınca açmağa məcbur olmuşdur. Lakin hər hal-da ümumən və bütövlükdə götürüldükdə düpbədüz keç-mişdə olduğu kimi biz hələ bu günə qədər onlarla kifa-yətlənirik. Mən burada kişi və qadın anlayışlarından bəhs edirəm.