Читать онлайн «Son mənzili Xəzər oldu»

Автор Sadıqzadə Qumral

Qumral Sadıqzadə

Son mənzili Xəzər oldu

(Seyid Hüseyn haqqında sənədli roman)

“Xatirə Ədəbiyyatı” silsiləsindən 31-ci kitab

Seyid Hüseyn

Seyid Hüseyn Sadiq (Hüseyn Mir Kazım oğlu Sadıqzadә) 1887-ci ildə Bakıda anadan olmuşdur.

Seyid Hüseynin ədəbi yaradıcılığa başlaması müstəqil həyata, əmək fəaliyyətinə qədəm qoyduğu ilk illərə təsadüf edir. 1908-ci ildən etibarən o, əvvəlcə ara-sıra, sonralar isə müntəzəm olaraq qəzetlərdə, jurnallarda “Kazımoğlu”, “Hüseyn Sadiq”, “Seyid Hüseyn” imzaları ilə ədəbi-tənqidi məqalələr dərc etdirmiş, Bakının ictimai həyatında, mədəni-maarif cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak etmiş, 1927-ci ilə kimi müvəqqəti-mühərrir kimi tanınmışdır.

Seyid Hüseyn Sadiqin həyat yoldaşı Azərbaycan şairəsi Ümgülsüm Sadıqzadə (Ümgülsüm Əbdüləziz qızı Sadıqzadə) idi. O, Seyid Hüseynin həbsindən bir neçə ay sonra – 2 noyabr 1937-ci ildə хalq düşməninin həyat yoldaşı kimi həbs edilərək Bayıl həbsхanasına göndərilmiş, bir müddət sonra 8 il həbs cəzasına məhkum edilərək, MTN sənədlərinə əsasən 1938-ci ildə Temlaq İslah Əmək Düşərgəsinə göndərilmişdir.

QUMRAL SADIQZADƏ

Qumral xanım Sadıqzadə 1929-cu ildə Bakıda görkəmli yazıçı, jurnalist, naşir və maarifpərvər Seyid Hüseynin və şairə Ümgülsümün ailəsində anadan olub. Bakıda orta məktəbi, 1947-ci ildə Bakı Energetika Texnikumunu, 1952-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib.

1960-cı ildən dövri mətbuatda ruscadan tərcümələri, oçerkləri çap olunub. Uzun illər elmi-şəxsi arxivlərdən, atası ilə bir vaxtda yaşamış qohumlardan Seyid Hüseynin həyatı, fəaliyyəti, nəsli və dövrü haqqında zəngin materiallar toplayıb. Və bunun nəticəsində ikicildlik “Son mənzili Xəzər oldu” romanını yazıb. Romanın birinci cildi 1990-cı ildə “Gənclik” nəşriyyatında çap olunub.